Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Daha 4 beynəlxalq şirkət Azərbaycanda elektron vergi uçotuna alınıb - BBN

Daha 4 beynəlxalq şirkət Azərbaycanda elektron vergi uçotuna alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda vergi tənzimləmələrinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində daha 4 beynəlxalq şirkəti elektron qaydada vergi uçotuna alıb.

Vergi uçotuna alınan şirkətlər ABŞ-nin “Xsolla (USA), Inc.”“Valve Corporation”, Böyük Britaniyanın “Formula One Digital Media Limited”, eləcə də Almaniyanın “Cleverbridge GmbH” şirkətləridir.

“Valve Corporation” və “Cleverbridge GmbH” şirkətlərinin ƏDV məqsədləri üçün qeydiyyatı sentyabrın 1-dən qüvvəyə minəcək. Digər iki şirkətin qeydiyyatı isə artıq qüvvədədir.

Qeyd edək ki, bu ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının vergi orqanında elektron qeydiyyatı məcburi olacaq.

Dəyişikliklərin əsas məqsədi beynəlxalq rəqəmsal platformaların vergi öhdəliklərini yerinə yetirməsini sadələşdirmək, bərabər rəqabət mühiti yaratmaq və rəqəmsal iqtisadiyyatda şəffaflığı artırmaqdır.

Vergi orqanında qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarından xidmət əldə edilərkən ƏDV alıcının hesabından banklar tərəfindən tutulmur. Qeydiyyatdan keçmiş şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

Related posts

AMB-nin dövriyyədəki notları 1 milyard manatı ötüb

Azərbaycanda 7 ayda sosial ödənişlərə 6,12 milyard manatdan çox vəsait ödənilib

Dövlət Məşğulluq Agentliyi maliyyə hesabatlarının auditi üçün tender elan edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı