Home » Daha 52 dövlət əmlakı özəlləşdirildi

Daha 52 dövlət əmlakı özəlləşdirildi

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 4 obyekt, 47 nəqliyyat vasitəsi və 24,5 ton metal çiv satılıb.

Trend quruma istinadən xəbər verir ki, özəlləşdirilən obyektlər Gəncə şəhərində, İmişli və Saatlı rayonlarında yerləşir.

Gəncədəki “Beton və məhlul istehsal edən sahə” alıcıların marağına səbəb olub. Belə ki, ilkin qiyməti 47 500 manat olan adıçəkilən əmlaka edilən təklif 3 dəfə artaraq 148 000 manat olub. Bu obyektin ümumi faydalı sahəsi 383 kvadratmetr, torpaq sahəsi isə 3 700 kvadratmetrdir.

24,5 ton metal çiv üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, ilkin qiyməti 5 000 manat olan metal çiv 13 600 manata satılıb.

Satılan nəqliyyat vasitələri daha çox Avropa və Yaponiya istehsalıdır.

Hərracda satılan əmlakların siyahısı ilə https://clck.ru/3B56Wz linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 11 və 25 iyun tarixlərində keçiriləcək.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.