Home » Daha bir qrup Vətən müharibəsi veteranı üçün kiçik bizneslər yaradıldı

Daha bir qrup Vətən müharibəsi veteranı üçün kiçik bizneslər yaradıldı

by khayale
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 44 günlük Vətən müharibəsinin daha bir qrup veteranını “Məşğulluğa dəstək layihəsi” çərçivəsində  aktivlərlə təmin edib.

Şamaxı, İsmayıllı, Ağsu, İmişli, Sabirabad və Saatlı rayonlarında yaşayan həmin şəxslərə seçdikləri fəaliyyət istiqamətləri üzrə lazımi avadanılıqlar verilməklə onlar üçün kiçik bizneslər yaradılıb.

Dünya Bankı ilə əməkdaşlıqda icra edilən, özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstək olan “Məşğulluğa dəstək layihəsi” üzrə bu gün ümumilikdə 40-dək şəxs aktivlər alaraq öz kiçik təsərrüfatlarını qurub.

Proqrama cəlb edilən şəxslər ilk olaraq təlimlərə cəlb edilir, daha sonra isə qiymətləndirmədən keçərək aktivlərlə təmin olunurlar. Aktivlərlə təmin olunan şəxslərə sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı məsləhət xidmətləri də göstərilir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.