Daha 2 ölkə – Bolqarıstan və Rumıniya Şengen ərazisinə daxil olur. Söhbət isə hər iki ölkə üçün hava və dəniz yollarından gedir. Martın 31-dən etibarən hər iki halda heç bir sərhəd nəzarəti tətbiq edilməyəcək.
BBN.az xəbər verir ki, bu haqda Avropa Parlamentinin açıqlamasında qeyd edilib.
Bildirilib ki, quru sərhədləri üzrə adıçəkilən ölkələrin Şengen ərazisinə daxil olması üçün isə 2024-cü ildə danışıqlar davam edəcək. Avropa Parlamenti daha öncə isə bu ölkələrin, həm quru, həm dəniz, həm də hava yolları vasitəsilə sərhəd nəzarətinin ləğv edilməsi ilə bağlı çağırış edib.