Home » Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı kəskin artıb

Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı kəskin artıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu ilin I rübündə Azərbaycanda 129 751 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məmumata görə bu ötən ilin eyni dövrünə nisbətən 76,9% çoxdur.

3 aylıq göstəricinin 22 223-ü (17,1%) ilkin, 107 528-i (82,9%) isə təkrar qeydiyyatın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyat 23,6%, təkrar qeydiyyat isə 94,2% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 11 458-i fərdi yaşayış və bağ evi, 22 451-i mənzil, 93 097-si torpaq sahəsi, 753-ü qeyri-yaşayış binası, 1 797-si qeyri-yaşayış sahəsi, 163-ü əmlak kompleksi, 32-si isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 22 323-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşüb.

Hesabat dövründə 108 811 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə illik müqayisədə 88,2% çoxdur. Qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 1 il əvvələ nisbətən 17,7% artaraq 17 714 olub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.