Home » Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şirvanda vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şirvanda vətəndaşları qəbul edəcək

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Yanvarın 19-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Şirvan Gənclər Evində (Şirvan şəhəri, Naxçıvan küçəsi, 1B ünvanında) Şirvan şəhərindən, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə, həmçinin qurumun Şirvan Ərazi İdarəsinə (telefon: 051 3899799, elektron ünvan: dedkr.13sayli@emlak.gov.az ) 17 yanvar saat 18:00-a qədər müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.