Home » Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda investisiya tərəfdaşlığının gücləndirilməsi, yeni birgə layihələrin gerçəkləşdirilməsi imkanları müzakirə olunub

Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda investisiya tərəfdaşlığının gücləndirilməsi, yeni birgə layihələrin gerçəkləşdirilməsi imkanları müzakirə olunub

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Özbəkistana yüksək səviyyəli rəsmi səfəri siyasi, o cümlədən iqtisadi nəticələri ilə xüsusi əhəmiyyət daşıyır. Səfərdə işgüzar əməkdaşlığın daha da genişləndirilməsini, dərinləşdirilməsini əhatə edən bir neçə önəmli sənəd imzalanıb.

Səfərdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, həmçinin digər iqtisadi qurumların rəhbərləri, sahibkarlar da təmsil olunublar.

Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri, Özbəkistan-Azərbaycan İqtisadi Şurasının həmsədri Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti də Özbəkistanın Daşkənd şəhərində keçirilən biznes forumda və “Uz Expo Centre”də İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan məhsullarına və ölkəmizdə göstərilən xidmətlərə həsr olunan “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgidə iştirak ediblər.

Səfər çərçivəsində Özbəkistanın Ticarət və Sənaye Palatası ilə görüş də məhsuldar olub. Ölkələrimiz arasında ikitərəfli iqtisadi münasibətlər, əlaqələrimizin gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Konfederasiya rəhbəri Özbəkistanın iş adamlarını bu ilin oktyabr ayında Türk Ticarət və Sənaye Palataları Birliyinin Naxçıvanda keçiriləcək tədbirinə dəvət edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.