Home » “Daxili audit işi üzrə Ekspert Qrupu” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasında iştirak edib – Foto

“Daxili audit işi üzrə Ekspert Qrupu” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasında iştirak edib – Foto

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Azərbaycan Banklar Assosiasiyası (ABA) qabaqcıl korporativ idarəetmə və korporativ sosial məsuliyyət prinsiplərinin təşviqi, həmçinin dünya üzrə qeyd edilən Daxili Audit Ayı çərçivəsində ətraf mühiti sağlamlaşdırmaq və ekoloji davamlılığa töhfə vermək məqsədilə ağacəkmə aksiyasına qoşulub.

Belə ki, 30 may 2024-cü il tarixində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ABA-nın “Daxili Audit Ekspert Qrupu”nun üzvü olan bankların daxili auditorlarının, Bakı Limanı, Daxili Auditorlar İnstitutunun Azərbaycan Bölməsinin (IIA Azerbaijan Chapter) üzvlərinin iştirakı və “AccessBank” QSC-nin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində Bakı Limanı ərazisində 170 ədəd zeytun və şam ağacı əkilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.