Home » “Daxili Audit” üzrə Ekspert Qrupunun onlayn görüşü keçirilib

“Daxili Audit” üzrə Ekspert Qrupunun onlayn görüşü keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

11 sentyabr 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəalyyət göstərən “Daxili Audit” Ekspert Qrupunun onlayn görüşü keçirilib.

Tədbir Ekspert Qrupunun sədri Elgün Qurbanovun açılış nitqi ilə başlayıb. Daha sonra “Yapı Kredi Bank” Azərbaycanın Daxili audit departamentinin direktoru Bora Önvural və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Daxili audit departamenti direktor müavini Fərid Orucovun çıxışı ilə davam edib. İclas zamanı bankda dələduzluq (fraud) risklərinin idarə eduilməsində daxili auditin rolu, daxili audit və daxili nəzarət və bir sıra digər məsələlər ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.

Sonda Ekspert Qrupunun sədri Elgün Qurbanov növbəti görüş reqlamentinin müəyyən edilməsi ilə bağlı bağlanış nitqi ilə çıxış edib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.