Home » “Dayanıqlı Maliyyə İmkanlarının Maksimallaşdırılması” mövzusunda hibrid seminar keçirilmişdir

“Dayanıqlı Maliyyə İmkanlarının Maksimallaşdırılması” mövzusunda hibrid seminar keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Banklar Assosiasiyası (ABA) 24-25 noyabr 2022-ci il tarixində, “MasterCard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində VI BEYNƏLXALQ BANKÇILIQ FORUMU keçirəcək. Forum çərçivəsində bir sıra yan tədbirlərin, vebinar, seminarların təşkili nəzərdə tutulmuşdur.

Belə ki, 22 noyabr 2022-ci ildə Azərbaycan Banklar Assosiasiyası və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) banklar üçün “Dayanıqlı Maliyyə İmkanlarının Maksimallaşdırılması” mövzusunda hibrid seminar keçirmişlər.

Seminarın proqramına qlobal iqlim dəyişikliyinin azaldılması və adaptasiya tədbirlərini dəstəkləmək üçün maliyyə sektorunun iştirak edəcəyi potenisal iqlim layihələrinin təhlili daxil olmuş, habelə sektorun dayanıqlı maliyyə imkanlarının geniş müzakirəsi aparılmışdır. 

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvidir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.