0
Deloitte Böyük Britaniya ofislərində enerjiyə qənaət və karbon emissiyasını azaltmaqdan dolayı temperaturu 2°C aşağı salıb.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, konsultasiya və maliyyə şirkəti yeni plan haqda 23.000 işçisinə bu ay xəbərdar edib və əlavə edib ki, enerjiyə qənaət planının bir hissəsi olaraq ofislər 19 və 22°C arasında qızdırılmalıdır.
Nəticədə təkcə dekabr ayında 75.000 funt sterlinqə qənaət ediləcəyi gözlənilir. Enerji qiymətləri isə Covid dalğası və Rusiyanın Ukraynaya hücumundan dolayı yüksəlib.