Home » Deputat: Qarabağda çalışanlara maaşlarından əlavə 600 manat müavinət ödəniləcək

Deputat: Qarabağda çalışanlara maaşlarından əlavə 600 manat müavinət ödəniləcək

by bbnadm
0 comments 0 views 1 minutes read

Yanvar ayından Əmək Məcəlləsində yeni dəyişikliklər qüvvəyə mindi. Yeni dəyişikliklər işğaldan azad oluna ərazilərmizdə – Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqini nəzərdə tutur.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, dəyişikliklərə əsasən, Əmək Məcəlləsinə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunub. Peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər bu kateqoriyaya daxil ediləcək. Həmin vətəndaşlarmızın aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı, hər il 600 manat birdəfəlik müavinət ala biləcəklər. Onlar, həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüquqa malik olacaqlar. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. Yəni, dövlət bu ödənişləri öz üzərinə götürəcək. 2026-cı ildən başlayaraq 3 il ərzində isə subsidiya faizi 80 faiz, sonrakı 3 ildə 60 faiz və uyğun olaraq daha sonra 40 faiz olacaq. Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri tərəfindən ödənilən sosial sığorta haqlarının isə 10 il müddətində tam olaraq dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq. Dəyişikliklərə əsasən, ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq, işçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək. “İşğaldan azad olunan ərazidə çalışan vətəndaşlarımız artıq maaşına əlavənin hesablanması, hər il 600 manat birdəfəlik müavinətin alınması hüquqlarına malikdirlər. Sosial sığorta haqlarının subsidiya edilməsi də onların maaşlarının daha da artmasına imkan verəcək”, – deyə V.Bayramov qeyd edib.

AZƏRTAC

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.