Home » DMA sədri III “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

DMA sədri III “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli III “Yüksəliş” müsabiqəsinin qalibləri Toğrul Ələkbərov və İlahə Baxışova Tahirli ilə görüşüb.

M.Abbasbəyli ilk olaraq Agentliyin əsas məqsədləri, hədəfləri və aparılan islahatlar barədə məlumat verib. Dövlət qurumu və özəl sektorlarda idarəetmə, fərdi və karyera inkişafı ilə bağlı onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdə həmçinin II “Yüksəliş” müsabiqəsinin qalibləri Mehriban Rəsulova və Camal Nağıyev də iştirak edib. Qeyd edək ki, Toğrul Ələkbərov Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri, Mehriban Rəsulova Peşə hazırlığı departamentinin müdiri, Camal Nağıyev isə İşə qəbul və planlama şöbəsinin müdiri olaraq çalışır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.