Home » Qızıl geri çəkildi – Güclü ABŞ iqtisadiyyatı bazarı silkələdi

Qızıl geri çəkildi – Güclü ABŞ iqtisadiyyatı bazarı silkələdi

by Zeyneb
0 comments 4 views 1 minutes read

Asiya sessiyasında qızıl və gümüş qiymətləri geriləyib. Səbəb – ABŞ-da gözləniləndən güclü açıqlanan məşğulluq (nonfarm payrolls) göstəriciləri və faiz endirimi ümidlərinin azalmasıdır. Qiymətlərə nəzər saldıqda da aydın olur ki, Spot qızıl – 5.060 dollarda qərarlaşaraq 0,5%, Qızıl fyuçersləri (aprel) 5.081 dollar da qəralaşaraq 0,3%, Spot gümüş 82,88 dollarla 1,7%, Platin isə 2.115 dollar səviyyəsində yekunlaşaraq 1,1% geriləyib. Görünən odur ki Güclü əmək bazarı FED planlarını dəyişir. Beləki, yanvar ayı üzrə açıqlanan ABŞ məşğulluq hesabatı əmək bazarında gözlənilməz gücü göstərib. Bu isə FED-in yaxın aylarda faizləri azaltmaq ehtimalını zəiflədib. CME FedWatch məlumatına görə Mart ayında faizlərin dəyişməz qalma ehtimalı – 94%, Apreldə də sabit qalma ehtimalı – 78% dir. Faiz endirimi gözləntilərinin azalması dolları gücləndirib və bu da qiymətli metallara təzyiq göstərib. Amma risklər hələ də qalmaqda olsa da qızıl həftə ərzində qazandığı artımın böyük hissəsini qoruyur. Səbəblərə gəldikdə isə qeyd edək ki, dolların ümumi zəifliyi qoruması, ABŞ–İran gərginliyi və Yaxın Şərqdə mümkün eskalasiya riski investorları ehtiyat liman aktivlərində lövbərləşməyə vadar edir. ABŞ-ın bölgəyə ikinci təyyarədaşıyan göndərə biləcəyi ilə bağlı xəbərlər təhlükəsiz aktivlərə marağı canlı saxlayır. Bazarlar indi cümə günü açıqlanacaq ABŞ inflyasiya (CPI) göstəricilərini gözləyir. FED üçün əsas iki faktor – inflyasiya və əmək bazarıdır.Həmçinin bu gün həftəlik işsizlik müraciətləri də açıqlanacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.