Bu gün təhlükəsiz pul vahidi hesab edilən və digər 6 əsas məzənnə üçün müqayisə olan dolların indeksi (dollar indeksi) 0.15% artaraq 103.50-yə çatıb.
BBN.az Reuters nəşrinə istinadən xəbər verir ki, adıçəkilən indeks çərşənbə günü azalmasından sonra artıb, ancaq hələ də aylıq artımına davam edir.
Qeyd edək ki, dollar indeksində yüksəliş isə avqustun 24-26-da FED-in təşkil etdiyi Jackson Hole Symposium (Mərkəzi Bankın illik təşkil etdiyi iqtisadi tədbir-red.) ərəfəsində artıb. Eyni zamanda bildirilir ki, Türkiyə də bu gün uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Əgər artımlar olacaqsa, bunun türk lirəsi üzərində əlavə bir təzyiq yaradacağı bildirilir.