Home » DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

by ulviyya
0 rəy 8 baxış 1 dəqiqə oxuma

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

Agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin müdiri Leyla Hüseynova “DOST Agentliyində işçilərə psixoloji yardımın göstərilməsinə dair Təlimat”ın təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edib.

İnsan resurslarının idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənova “DOST” mərkəzlərində və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin yaratdığı təsərrüfat cəmiyyətlərində könüllü fəaliyyətin tənzimlənməsinə dair Prosedur” və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində və “DOST” mərkəzlərində təcrübəkeçmə fəaliyyətinin tənzimlənməsinə dair Prosedur”un yeni redaksiyada təsdiq edilməsi ilə bağlı məruzə ilə çıxış edib.

DOST Xidmətləri departamentinin Sosial müdafiə üzrə xidmətlərin təşkili şöbəsinin referenti Fidan Məmmədova “DOST” mərkəzlərinin 2023-cü ilin dekabr ayı və illik fəaliyyətlərinin yekunlarına dair məlumatlandırma xarakterli hesabatı İdarə Heyətinə təqdim edib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.