Home » DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

DOST konsepsiyası Azərbaycanın sosial sahədə mühüm innovativ yeniliyi olmaqla 20-dən çox beynəlxalq mükafat və sertifikatla təltif edilib və mötəbər beynəlxalq qurumlar tərəfindən dünyanın qabaqcıl təcrübələrindən biri kimi tanınaraq digər ölkələrdə də tətbiqi təşviq olunur.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında bildirilib.

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərindən biri kimi, DOST mərkəzlərində 1,9 milyondan artıq vətəndaşa xidmət göstərildiyini, xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin 98,1 faiz təşkil etdiyini qeyd edib.

Bu il açılan Qarabağ Regional DOST Mərkəzinin işğaldan azad olunmuş 9 şəhər və rayonu əhatə edərək ümumilikdə 900 mindən çox əhaliyə xidmət göstərdiyi bildirilib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sayəsində Azərbaycanda dövlət sosial xidmətlərinin müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, “bir pəncərə”dən, innovativ əsasda təqdim edildiyi vurğulanıb.

İclasda DOST Agentliyinin bu ilki fəaliyyəti ilə bağlı hesabat dinlənilib.

Cari il ərzində görülən işlər, həyata keçirilən layihələr, xidmətlərin təşkili, o cümlədən xidmət keyfiyyətinin daha da artırılması istiqamətində atılan addımlar barədə məlumat verilib.

Agentliyin 2024-cü il üçün büdcəsi, ştat vahidləri üzrə əməkhaqları və əməyin ödənişi fondunun təsdiq edilməsi, strukturunun yeni redaksiyada təsdiq edilməsi ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.