Home » DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırda həssas qruplara aid 195 benefisiara xidmət göstərilir

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırda həssas qruplara aid 195 benefisiara xidmət göstərilir

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə daha 20-dək benefisiar cəlb olunub.

Hazırda burada həssas qruplara aid 200-dək benefisiar müxtəlif fəaliyyət istiqamətləri (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma, fotoqrafiya, kulinariya, səhnə ifaçılığı, kapoeyra, badminton və s.) üzrə təlimlərdə iştirak edir, bacarıqlarını təkmilləşdirir.

Onlardan 128 nəfəri əlilliyi olan şəxslər, 30 nəfəri aztəminatlı ailələrdən olanlar, 25 nəfəri valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, 12 nəfəri şəhid ailələrinin üzvləri,  müharibə ilə əlaqədar əlilliyi olanlar və ailə üzvləridir.

Həmçinin benefisiarlardan 96 nəfəri 6-18 yaşlarında, 99 nəfəri 18 və daha yuxarı yaşda olanlardır.

Mərkəzdə həssas qrupların yaradıcı potensialının inkişafına dəstək göstərilməsi ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi metod üzrə onlarla bağlı kompleks reabilitasiya işləri də aparılır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.