Home » DOST İş Mərkəzi Milli Arxiv İdarəsi ilə birgə layihə üzrə daha 100 nəfəri işlə təmin edib

DOST İş Mərkəzi Milli Arxiv İdarəsi ilə birgə layihə üzrə daha 100 nəfəri işlə təmin edib

by bbnadm
0 comments 0 views 0 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi Milli Arxiv İdarəsi ilə əməkdaşlığa başlayıb. 

Əməkdaşlıq çərçivəsində DOST İş Mərkəzi respublikamızın rayon (şəhər) dövlət arxivlərində işçi qüvvəsinə olan təlabatı nəzərə alaraq, habelə bölgələrdə məşğulluğa dəstək məqsədilə 100 nəfər müvafiq sahədə işlərə cəlb olunub.

İşə cəlb edilən şəxslər dövlət arxivlərində əmək müqaviləsi əsasında arxiv işlərini yerinə yetirəcəklər.

Bununla onlar həmin peşə sahələri üzrə  ilkin bilik və bacarıqlar  qazanmaq imkanı da əldə edəcək.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.