Home » DOST mərkəzlərində yeni rekord

DOST mərkəzlərində yeni rekord

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Noyabrın 14-də mərkəzlərə ümumilikdə 5743 nəfər vətəndaş müraciət edib. Bu göstərici DOST mərkəzlərində indiyədək qeydə alınan ən yüksək nəticədir.

Gün ərzində 1 saylı Bakı DOST Mərkəzinə 992 nəfər, 2 saylı Bakı DOST Mərkəzinə 558 nəfər, 3 saylı Bakı DOST Mərkəzinə 1646 nəfər, 4 saylı Bakı DOST Mərkəzinə 995 nəfər, 5 saylı Bakı DOST Mərkəzinə 439 nəfər, Abşeron DOST Mərkəzinə 761 nəfər, Qarabağ Regional DOST Mərkəzinə isə 352 nəfər vətəndaş müraciət edib.

Müraciətlər əsasən sosial müavinətlər (24.99%), məşğulluq (21.45%), pensiya (19.12%), əlillik (5.05%), sosial xidmət (3.99%), vahid əlaqələndirmə mərkəzi (2.77%), əmək münasibətləri (0.85%) və yardımçı xidmətlərlə (21.78%) bağlı olub.

Hazırda ölkə üzrə 7 DOST Mərkəzi, həmçinin Zəngilan rayonunun Ağalı kəndində Smart DOST məntəqəsi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 1,8 milyondan çox vətəndaşa xidmət göstərilib. DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,1 faiz təşkil edir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.