Home » DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi “Davos Communications Awards – 2023” beynəlxalq müsabiqəsinin qalibi oldu

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi “Davos Communications Awards – 2023” beynəlxalq müsabiqəsinin qalibi oldu

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) İsveçrənin Ümumdünya Rabitə Forumu Assosiasiyası tərəfindən təşkil edilən beynəlxalq “Davos Communications Awards-2023” müsabiqəsinin qalibi olub.

Bu barədə Asossasiyanın saytında məlumat yerləşdirilib: Winners – 2023 – Davos Communications Awards (wcfaglobal.com)

Müsabiqədə Azərbaycan da daxil olmaqla 20 ölkədən 32 kateqoriya üzrə 95 qurum iştirak edib.

DOST RİM müsabiqədə il ərzində həyata keçirilmiş sosial rəqəmsal layihələr və onların vətəndaşlar üçün töhfəsi barədə məlumatlarla iştirak edib və “İlin rəqəmsal agentliyi” nominasiyası üzrə gümüş mükafata layiq görülüb. Bununla da DOST RİM-in bu il əldə etdiyi beynəlxalq mükafatlarının sayı 10-a çatıb.

Qeyd edək ki, “Davos Communications Awards” müsabiqəsi qlobal miqyasda ictimaiyyətlə əlaqələr və qurum-vətəndaş kommunikasiyası sahəsində nailiyyətləri təqdim etmək məqsədi daşıyır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.