Home » DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi kiberhücumların simulyasiyası məqsədilə “Picus Security”nin tətbiqinə başlayıb

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi kiberhücumların simulyasiyası məqsədilə “Picus Security”nin tətbiqinə başlayıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) e-informasiya sistemləri və xidmət şəbəkələrinin kiberhücumlardan daha effektiv qorunması məqsədilə “Picus Security”nin tətbiqinə başlayıb.

Hazırda dünya üzrə hər saniyə müxtəlif növ kiberhücumlar baş verir. İstənilən təşkilat onun hədəfi ola bilər. Bu təhlükələrdən özünü qorumaq məqsədi ilə müxtəlif təhlükəsizlik həlləri tətbiq edən DOST RİM  yeni bir təhlükəsizlik alətinin real mühitdə istifadəsini nəzərdə tutur.

Bu məqsədlə Mərkəz dünyada kifayət qədər tanınan, nüfuzlu  “Picus Security” şirkəti ilə əməkdaşlığa başlayıb. Müvafiq proqram təminatının tətbiqi ilə əlaqədar Türkiyədən olan nümayəndə heyəti ilə görüş keçirilib və ətraflı  fikir mübadiləsi aparılıb.

Proqramın istifadə təlimatına uyğun lazımi sazlama işləri görülüb. Bununla da həmin proqram təminatı vasitəsi ilə informasiya təhlükəsizliyə ilə bağlı yoxlamaları və  təkmilləşdirmə proseslərini yüksək səviyyədə həyata keçirmək imkanı əldə olunub.

“Picus Security”  daimi və avtomatik şəkildə yarana  biləcək real kiberhücumları simulyasiya edir.  Həmçinin informasiya təhlükəsizliyi ilə bağlı resursların iş əmsalına  2 dəfədən çox fayda verir.

“Picus Security”  proqram təminatı 2014-cü ildə yaradılıb. Şirkətin San-Fransisko, London və Ankara şəhərlərində ofisləri fəaliyyət göstərir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.