Home » Dövlət Məşğulluq Agentliyi bu ilin 9 ayında 62 673 şəxsi işlə təmin edib

Dövlət Məşğulluq Agentliyi bu ilin 9 ayında 62 673 şəxsi işlə təmin edib

by bbnadm
0 comments 0 views 0 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 9 ayında 62 673 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib. Onlardan 23 289-u ödənişli ictimai işlərə cəlb olunub.

Həmçinin Agentlik tərəfindən mühüm istiqamətlərdən biri olan özünüməşğulluq proqramının icrası işləri də davam etdirilib. Artıq 11 950 nəfərin proqrama qeydiyyatı aparılıb. Onlardan 6 883 nəfəri seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təmin edilərək kiçik təsərrüfatlarını yaradıblar.

Qeyd olunan dövr ərzində Agentlik tərəfindən 262 işsiz şəxs müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına, 147 nəfər isə peşəyönümü məsləhəti xidmətinə cəlb olunub.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.