Home » Dövlət Məşğulluq Agentliyi “İctimai işlər portalı”nı hazırlayır

Dövlət Məşğulluq Agentliyi “İctimai işlər portalı”nı hazırlayır

by bbnadm
0 comments 1 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi elektron xidmətlərinin siyahısını genişləndirməkdə davam edir.

Agentlik tərəfindən ictimai işlərin təşkili üzrə bütün prosedurları özündə cəmləyən www.works.gov.az portalı hazırlanır. Məqsəd müasir tələblərə uyğun olaraq, müvafiq qurumlarla sürətli kommunikasiya və rəqəmsallaşma sistemi qurulmaqla, ictimai işlərin təşkilində şəffaflığı təmin etməkdir.

        “İctimai işlər portalı” vasitəsilə:

  • Haqqı ödənilən ictimai işlərin təşkili üzrə bütün tərəflərin fəaliyyətinin vahid platformadan idarə edilməsi,
  • Kvotaların müəyyənləşdirilməsi və bölüşdürülməsi,
  • Göndəriş verilmiş işsiz şəxslərin təhkim bildirişlərinin elektron şəkildə formalaşdırılması,
  • İctimai işlərə qəbul edilmiş şəxslərin işəmuzd və ya aylıq iş tabellərinin elektron şəkildə formalaşması,
  • Əmək haqlarının portal vasitəsi ilə elektron qaydada ödənilməsinin tənzimlənməsi

mümkün olacaq.

Portal ictimai işlərə cəlb olunan şəxslərin işə davamiyyətinin yoxlanılması və bu istiqamətdə nəzarət üçün əlverişli platforma kimi də xüsusi önəm kəsb edəcək.

Portalın gələn ildən istifadəyə verilməsi planlaşdırılır.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.