Home » Dövlət Məşğulluq Agentliyi innovativ iş təcrübəsi olan Məşğulluq Xidmətləri siyahısına daxil edilib

Dövlət Məşğulluq Agentliyi innovativ iş təcrübəsi olan Məşğulluq Xidmətləri siyahısına daxil edilib

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin növbəti beynəlxalq uğuru olaraq, Agentlik Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası (WAPES) tərəfindən innovativ iş təcrübəsi olan Məşğulluq Xidmətləri siyahısına daxil edilib.

https://wapes.org/wp-content/uploads/2023/09/PES-Strategy-Survey-2023-EN.pdf

Bu barədə WAPES-in “Dövlət Məşğulluq Xidmətləri üçün strategiyalar və çətinliklər” adlı sorğunun nəticələrinə dair hazırladığı hesabatda məlumat verilir. Sorğuda müxtəlif ölkələrdən 38 Dövlət Məşğulluq Xidməti əhatə olunub.

Hesabatda Dövlət Məşğulluq Agentliyinin apardığı islahatlar barədə geniş məlumat əks olunub. Agentlik 2022-ci ildə trendlər və innovativ tədbirlər həyata keçirmiş Məşğulluq Xidmətləri siyahısında yer alıb və “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) ötən ilin mühüm innovativ yeniliyi kimi qeyd edilib.

ƏMAS-ın, habelə qurumun Fərdi Məşğulluq Proqramının əhəmiyyəti və tətbiqi işlərindən bəhs olunub. Həmçinin Agentliyin fəaliyyətində həssas qruplardan olan şəxslərin və qadınların əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsinin əsas istiqamətlərdən biri olduğu  diqqətə çatdırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.