Home » Dövlət Məşğulluq Agentliyi ötən il 41 538 gənci işlə təmin edib

Dövlət Məşğulluq Agentliyi ötən il 41 538 gənci işlə təmin edib

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Son bir ildə 3 minədək gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramlarının əsas hədəflərindən biri də gənclərin məşğulluq imkanlarının artırılmasıdır.

Bu istiqamətdə işlərin davamı olaraq, Agentlik tərəfindən ötən il:

  • 41 538 gənc münasib işlərlə təmin edilib,
  • 3 minədək gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb,
  • 5005 gənc peşə hazırlığı kurslarına cəlb olunub,
  • əsasən gənclərdən ibarət 281 539 şəxsə peşəyönümü məsləhət xidmətləri göstərilib.

Eyni zamanda son bir ildə “Səyyar kofe evləri” layihəsi çərçivəsində də 20 nəfər işsiz şəxsə lazımi avadanlıqlar verilərək onlar üçün səyyar kofe satışı üzrə kiçik bizneslər yaradılıb.

Ötən il 10 rayon və şəhərdə keçirilən Peşələr Festivalı  isə əsasən gənclərdən ibarət iştirakçıların peşələr üzrə bacarıqlar və peşə sahələri üzrə inkişaf etməyin yolları barədə məlumatılığının artırılmasında önəmli rol oynayıb.

Son illərdə gənclərlə bağlı icra olunan məşğulluq layihələrinin davamı olaraq hazırda “İrəliləyİŞ” layihəsi də icra olunur. Bu layihə gənclərin beynəlxalq normalara uyğun təcrübə proqramları əsasında karyera bacarıqlarını inkişaf etdirməyə yönəlib. Layihə üzrə 1500 gəncin təcrübə proqramlarına cəlb olunması nəzərdə tutulub.

Eləcə də Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və s. mövzular üzrə məlumatlandırılır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.