Home » Dövlət Statistika Komitəsi ilə BMT arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Dövlət Statistika Komitəsi ilə BMT arasında əməkdaşlıq məsələləri müzakirə olunub

by bbnadm
0 comment 0 views 1 minutes read

Yanvarın 21-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.

Görüşdə BMT və Azərbaycan Respublikası arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin (2021-2025) hazırlanması üzrə görülmuş işlər və Azərbaycanın milli statistika sisteminin növbəti beş il ərzində inkişaf prioritetləri müzakirə olunub.

Qonaqları salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov milli statistika sisteminin təkmişləşdirilməsi və “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sahəsində Komitə tərəfindən görülən işləri diqqətə çatdırıb. DİM-in qiymətləndirilməsi üçün müvafiq statistik göstəricilərin milli səviyyədə tətbiq edilməsinin hər bir ölkə üçün vacib olduğunu qeyd edib.      

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və beynəlxalq məsləhətçi Peter Middlebrook səmimi görüşə görə minnətdarlığını bildiriblər. Qeyd olunub ki, Azərbaycan BMT-nin fəal üzvlərindəndir. Bu gün dünyada istər qlobal, istərsə də milli səviyyədə 2030-cu ilə qədər müəyyən edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olunması olduqca aktualdır.

Görüşdə  Dövlət Statistika Komitəsi ilə BMT arasında birgə əməkdaşlığın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.   

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.