Home » Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Quba rayonunda ictimai dinləmə keçirib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Quba rayonunda ictimai dinləmə keçirib

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Quba rayonunda ictimai dinləmə keçirib.

Tədbir “Əlilliyin qiymətləndirilməsinin elektron qaydada həyata keçirilməsi barədə məlumatlandırma və yaranan problemlər” mövzusunda olub. Tədbirdə əlilliyin qiymətləndirilməsi sahəsində son illər aparılan islahatlar, bu sahədə elektron infrastrukturun əhəmiyyəti qeyd edilib.

Tibbi-sosial ekspertiza xidmətlərinin göstərilməsində operativliyin və şəffaflığın təmin edildiyi, əlilliyin qiymətləndirilməsi sahəsində ötən ilin iyun ayından  tətbiq olunan yeni meyarların üstünlükləri haqqında məlumat verilib.

Agentliyin əməkdaşları əlilliyin qiymətləndirilməsi proseduru, o cümlədən əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri barədə təqdimatla çıxış ediblər.

İştirakçıların əlillik meyarları, əlilliyin gücləndirilməsi, eləcə də reabilitasiya müəssisələrində bərba müalicə kursu keçməklə bağlı sualları cavablandırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.