Home » Dövlət Vergi Xidməti və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə B2G forumu keçirilib

Dövlət Vergi Xidməti və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə B2G forumu keçirilib

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) sahibkarların ictimai birlikləri ilə əməkdaşlıq çərçivəsində biznes ictimaiyyəti ilə görüşləri davam etdirir. Bu sahədə mühüm istiqamətlərdən biri də növbəti ilin büdcə layihəsi çərçivəsində Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin müzakirəsi, vergi siyasətinin müəyyənləşdirilməsi prosesində fikir mübadiləsi və təkliflərin öyrənilməsidir. 

Oktyabrın 2-də Dövlət Vergi Xidmətinin və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə B2G forumu keçirilib. 120-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə DVX-nin rəhbər vəzifəli şəxsləri növbəti il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri barədə sahibkarlıq subyektlərini məlumatlandırıblar. “Caspian Energy Club”un İdarə Heyətinin sədri Telman Əliyev forumun biznes qarşısında duran məsələlərin müzakirəsi baxımından faydalı olduğunu qeyd edib, klub üzvlərinin vergi qanunvericiliyi ilə bağlı müəyyən məsələlər üzrə DVX rəhbərliyindən şərhlər almaq istədiyini diqqətə çatdırıb. 

Forumda tədbir iştirakçılarının yeni dəyişikliklər əlaqədar, eləcə də Vergi Məcəlləsində əvvəlki illərdə edilmiş dəyişikliklər və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə bağlı sualları DVX nümayəndələri tərəfindən cavablandırılıb. Tədbir zamanı səsləndirilən bir sıra təkliflər qeydə alınıb və onların dəyərləndiriləcəyi diqqətə çatdırılıb. 

Qeyd edək ki, “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı özündə birləşdirən, Xəzər-Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən regional təşkilatdır. Qurum 2002-ci ilin iyununda Xəzər-Qara dəniz və Baltik regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.