Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 131 milyon manat daxil olub - BBN

Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 131 milyon manat daxil olub

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 131 milyon manat vəsait daxil olub.

BBN.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 64,8% çoxdur.

Hesabat dövründə Dövlət Xidməti tərəfindən 32 hərrac keçirilib. Hərraclar nəticəsində 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 520 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bundan başqa, yanvar-iyun aylarında 282-si qeyri-yaşayış sahələri, 2 084-ü isə torpaq sahələri üzrə olmaqla, ümumilikdə 2 366 yeni icarə müqaviləsi bağlanıb. Bu, illik müqayisədə 24,5% çoxdur.

Nəticədə dövlət əmlakının, o cümlədən qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 28,2 milyon manat vəsait ödənilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 29,4% çoxdur.

Beləliklə, ilin ilk 6 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə ümumilikdə 159,2 milyon manat vəsait daxil olub. Bu isə illik müqayisədə 57,2% artım deməkdir.

Related posts

Vətəndaşlar kredit götürərkən ən çox hansı əmlakı girov qoyur? – AÇIQLAMA

22 İyul-MİLLİ MƏTBUAT GÜNÜ

DSMF-nin xərcləri 4 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı