Home » Dövlət Agentliyi innovasiya ekosisteminin inkişafı ilə bağlı tədbirdə təmsil olunub

Dövlət Agentliyi innovasiya ekosisteminin inkişafı ilə bağlı tədbirdə təmsil olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

25-26 noyabr 2021-ci tarixində BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən “Startap ekosistemlərinin regional əməkdaşlığı qlobal rəqəmsal liderliyin başlıca faktoru kimi – Mərkəzi Avrasiya Startap Platforması” mövzusunda seminar təşkil olunub. 

Seminarın təşkilati tərəfdaşları Özbəkistan Respublikasının İnformasiya Texnologiyaları və Kommunikasiyaların İnkişafı Nazirliyi və İnformasiya Texnologiyaları Parkıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Azər Bayramov ölkəmizdə startap ekosisteminin inkişafı ilə bağlı təqdimatla çıxış edib. Azərbaycanda innovasiya ekosisteminin inkişafı ilə bağlı Dövlət Agentliyi tərəfindən görülən işlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Seminarda startap ekosisteminin qurulması və inkişafı üzrə region ölkələrinin təcrübələrinin təqdimatı olmuşdur. Həmçinin innovasiya sahəsində təcrübə və bilik mübadiləsi, birgə tədqiqat və araşdırma işlərinin aparılması və ölkələr arasında əməkdaşlığı yaxşılaşdırmaq üçün tematik alyansların yaradılması üzrə təşəbbüslər müzakirə olunub. 

Tədbirdə startapların inkişafı və beynəlxalq bazara çıxışı mövzusunda müzakirələr və Mərkəzi Avrasiya Startap Platformasının təqdimatı da yer alıb.        

Seminarda BTİ-nə üzv  ölkələrin dövlət orqanları, startaplar və texnoloji kiçik və orta biznes subyektləri, vençur investorlar, elm, təhsil və tədqiqat müəssisələri və digər qurumlar təmsil olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.