Home » Dövlət Agentliyinin struktur bölmə rəhbərləri “Strateji idarətmə və müasir dövrdə liderlik” təlimində iştirak ediblər

Dövlət Agentliyinin struktur bölmə rəhbərləri “Strateji idarətmə və müasir dövrdə liderlik” təlimində iştirak ediblər

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin struktur bölmə rəhbərləri Şamaxıda “Strateji idarəetmə və müasir dövrdə liderlik” mövzusunda təlimdə iştirak ediblər.

İngiltərənin “Strategy Execution” və “Duke Corporate Education” şirkəti ilə birgə tərəfdaşlıq çərçivəsində reallaşdırılan və Jonathan Gilbert tərəfindən keçirilən təlimdə iştirakçılara öncə strategiyanın formalaşdırılması və onun icra edilməsi üzrə perspektivlər tədris olunub. Həmçinin təşkilati struktur, korporativ idarəetmə mədəniyyəti, nəticələrin əldə edilməsində hədəf və metrikslərin istifadəsi, strategiyanın tətbiqi və digər mövzular barədə məlumat verilib.

Sonra Dövlət Agentliyinin 2020-2022-ci illər üzrə Strateji Planı üzrə əsas fəaliyyət istiqaməti, fəaliyyət portfeli, strateji baxış diqqətə çatdırılıb. Eyni zamanda xidmətlərin göstərilməsi və fəaliyyəti təşkilində rəhbər tutulan əsas prinsiplər, strateji məqsəd və hədəflərdən danışılıb.

Sonda iştirakçıların müxtəlif təklif və fikirləri dinlənilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.