Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət büdcəsinə vergi daxilolmaları proqnozu üstələyib - BBN

Dövlət büdcəsinə vergi daxilolmaları proqnozu üstələyib

2026-cı ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vasitəsilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub. Bu göstərici müəyyən edilmiş proqnozu 217,7 milyon manat üstələyib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 139 milyon manat və ya 1,6 faiz artıb.

Hesabat dövründə qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə 7 milyard 67,4 milyon manat vergi ödənilib. Bu sahə üzrə daxilolmalar proqnozdan 199,4 milyon manat çox olub. Eyni zamanda, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 645,8 milyon manat və ya 10,1 faiz artım nümayiş etdirib.

Related posts

Azərbaycanda 1,3 milyard manat sosial ödəniş həyata keçirilib

Azərbaycanda dövlət büdcəsinin 2026-cı il üzrə gözlənilən icra göstəriciləri açıqlanıb

Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı