Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ekspert: "İndi al, sonra ödə" modeli məsuliyyətli borclanma prinsipləri ilə inkişaf etdirilməlidir - BBN

Ekspert: “İndi al, sonra ödə” modeli məsuliyyətli borclanma prinsipləri ilə inkişaf etdirilməlidir

“İndi al, sonra ödə” (Buy Now, Pay Later – BNPL) modeli son illərdə dünya üzrə, xüsusilə ABŞ və Avropa ölkələrində geniş yayılıb. Mütəxəssislərin fikrincə, bu maliyyə aləti istehlakçılar üçün rahatlıq yaratsa da, nəzarətsiz istifadə borclanma risklərini artıra bilər.

İqtisadçı ekspert Asif İbrahimov bildirib ki, xüsusilə sabit və rəsmi gəliri olmayan gənclər arasında bu xidmətlərdən istifadənin genişlənməsi gələcək gəlirlərin əvvəlcədən xərclənməsinə, aylıq maliyyə yükünün artmasına və şəxsi büdcənin idarə edilməsində çətinliklərə səbəb ola bilər.

Ekspertin sözlərinə görə, eyni anda bir neçə BNPL platformasından istifadə ümumi borc yükünü artırır və gecikmiş ödənişlərin çoxalması nəticəsində maliyyə sektorunda riskləri yüksəldə bilər. Xidmətlərin daha da geniş yayılması isə bu risklərin sistemli xarakter alması ehtimalını artırır.

O hesab edir ki, bu xidmətlərin inkişafı məsuliyyətli kreditləşmə prinsipləri ilə müşayiət olunmalıdır. Bunun üçün müştərilərin ödəmə qabiliyyətinin obyektiv qiymətləndirilməsi, borc öhdəliklərinin vahid kredit məlumat bazasında əks etdirilməsi və maliyyə savadlılığının artırılması vacibdir.

Asif İbrahimov vurğulayıb ki, rəqəmsal maliyyə məhsullarının inkişafı iqtisadiyyat üçün mühüm əhəmiyyət daşısa da, innovasiya ilə maliyyə təhlükəsizliyi arasında balans qorunmalıdır. Onun fikrincə, xüsusilə gənclərin həddindən artıq borclanmasının qarşısını almaq üçün effektiv nəzarət və risk qiymətləndirmə mexanizmləri tətbiq edilməlidir.

Ekspert əlavə edib ki, sağlam maliyyə sistemi yalnız kreditlərin əlçatanlığı ilə deyil, eyni zamanda məsuliyyətli borclanmanın və dayanıqlı maliyyə davranışının təşviqi ilə formalaşır. O qeyd edib ki, problemli kreditlərin artmasında məsuliyyətsiz borclanma, maliyyə savadlılığının aşağı olması və kredit portfelinin genişlənməsi əsas amillər sırasındadır. Buna görə də bazara təqdim olunan yeni maliyyə məhsulları üzrə risklər əvvəlcədən qiymətləndirilməli və zəruri tənzimləmə mexanizmləri formalaşdırılmalıdır.

SİA.az

Related posts

Bankın kredit borcuna görə qohumlara zəng etməsi qanunidirmi?

Edqar Abdullayev: “Maliyyə bazarında inqilabi dəyişikliklər olacaq”

“Güclü qadınlar güclü cəmiyyət yaradır”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı