Home » Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş 165,6 min manat vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş 165,6 min manat vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

by anar
0 comments 1 views 1 minutes read

10 ayın sosial göstəriciləri

Əmək müqavilələrinə qanunsuz xitam verildiyi müəyyən olunan 53 işçi əvvəlki iş yerlərinə bərpa etdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 10 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 165,6 min manat sosial xarakterli ödənişlərin işçilərə ödənişinin gecikdirildiyini müəyyən edib.

Xidmətin gördüyü tədbirlər nəticəsində aidiyyəti işəgötürənlər tərəfindən həmin vəsait işçilərə ödənilib. Vəsaitin 86 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Cari ilin yanvar-oktyabr aylarında 53 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidmətinin gördüyü tədbirlərlə həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.