1

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 487 milyon manat təşkil edib.
BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə cüzi azdır.
Bununla yanaşı, gömrük daxilolmaları aylıq proqnozu 0,4 % üstələyib.
Xatırladaq ki, 2026-cı il üzrə Dövlət Gömrük Komitəsinin dövlət büdcəsinə 6,682 milyard manat vəsait köçürməsi nəzərdə tutulur. Beləliklə, yanvar ayı ərzində illik proqnozun 7,35 %-i icra olunub.





