Home » Dövlət Məşğulluq Agentliyi ötən ilin maliyyə nəticələrini açıqlayıb

Dövlət Məşğulluq Agentliyi ötən ilin maliyyə nəticələrini açıqlayıb

by ulviyya
0 comment 1 views 1 minutes read

2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinə ümumi daxilolmalar 164 milyon manat, qurumdan ümumi xaricolmalar isə 136 milyon manat təşkil edib.

BBN.az bu barədə agentliyə istinadən xəbər verir.

Bu il yanvarın 1-nə Dövlət Məşğulluq Agentliyinin aktivləri 102,7 milyon manat, o cümlədən nağd pul vəsaitləri 67,1 milyon manat təşkil edib. Qurumun öhdəlikləri 0,5 milyon manat, balans kapitalı isə 102,2 milyon manat, o cümlədən ümumi fondu 97,2 milyon manat olub.

Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyi 2019-cu ildə Dövlət Məşğulluq Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. Agentlik əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən qurumdur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.