
Hasil Vasif oğlu Abbasov Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.
Məlumata görə, H.Abbasov 2003–2007-ci illərdə Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr təhsili alıb. O, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2008–2010-cu illərdə Avstraliyanın Makquari Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
2012-ci ildən əmək fəaliyyətinə başlayan H.Abbasov 2024-cü ilin oktyabr ayından indiyədək Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Agentliyin əvvəlki sədri Sadiq Əliyev digər sahədə fəaliyyətə başlamaq istəyi ilə bağlı ərizəsinə əsasən vəzifəsindən azad edilib.





