Home » Dövlət qeydiyyatı sahəsində görülən işlər konsaltinq şirkətləri ilə müzakirə edilib

Dövlət qeydiyyatı sahəsində görülən işlər konsaltinq şirkətləri ilə müzakirə edilib

by anar
0 comment 1 views 2 minutes read

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən hüquq və konsaltinq şirkətləri ilə növbəti onlayn görüş keçirilib. Tədbir kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində görülən işlər və tətbiq edilən yeniliklərlə bağlı olub.

DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə aparılan islahatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, 2022-2023-cü illər üzrə həyata keçirilmiş Yol Xəritəsi çərçivəsində biznesin təsis edilməsi praktikası təkmilləşdirilib, qeydiyyatın sadələşdirilməsi çərçivəsində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində bir sıra dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib. Bu yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb.

“Biznesə daxilolma” sahəsində həyata keçirilmiş islahatlar çərçivəsində kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imza tətbiq olunub, qeydiyyat prosesində sanksiya tətbiq edilməli olan şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadənin məhdudlaşdırılması kimi tədbirlər görülüb.

L.Hüseyn-zadə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi barədə də məlumat verib. Bildirib ki, bu sahədə islahatlar davam etdirilir. Bunlardan biri qeydiyyata qədər və qeydiyyatdan sonrakı prosesdə iştirak edən dövlət orqanlarının məlumat bazalarının əlaqələndirilməsinin əhatə dairəsinin genişləndirilməsidir. Benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə bağlı texniki imkanın və kommersiya hüquqi şəxslərə dair mövcud məlumatlarda sonrakı dəyişikliyin (təsisçi dəyişikliyi) proaktiv olaraq qeydiyyata alınması imkanının yaradılması da gündəmdədir.

Sonra görüş iştirakçıları qeydiyyat sahəsində mövcud çətinlikləri və prosesin təkmilləşdirilməsi imkanlarını müzakirə ediblər. “Bizcon Audit” MMC-nin direktoru Anar Bayramov, “Caspian Energy Club” MMC-nin rəhbəri Telman Əliyev, “Ekvita” şirkətinin nümayəndəsi Abbas İsmayılov, müstəqil ekspert Hikmət Babayev hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində rast gəlinən çətinliklər, o cümlədən nizamnamə kapitalının ödənilməməsi ilə bağlı hüquqi şəxsin vəzifəli şəxslərinin məsuliyyəti, sanksiyaların tətbiqi və digər məsələlərdən bəhs ediblər.

Görüşdə biznesin qeydiyyatı ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, Dövlət Vergi Xidməti Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupuna rəhbərlik edir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.