Home » Dövlət qurumlarında təhlükəsizlik boşluqları aşkarlanmışdır – Foto

Dövlət qurumlarında təhlükəsizlik boşluqları aşkarlanmışdır – Foto

by anar
0 comment 3 views 1 minutes read

2023-cü il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan audit yoxlamaları və monitorinq nəticəsində dövlət qurumlarının 695 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilmişdir.

BBN.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, müqayisə üçün qeyd edək ki, 2022-ci ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 553 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək aradan qaldırılması təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il 2279 nömrəli “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanının 8.2 və 8.3-cü bəndlərinin icrası məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hazırladığı “Rəqəmsal Sənəd Dövriyyəsi” alt sistemi, eyni zamanda bu sistemə qoşulacaq dövlət qurumlarında istifadə ediləcək 22 elektron sənəd dövriyyəsi sisteminin də auditi aparılmış, aşkar edilmiş informasiya təhlükəsizliyi boşluqları və nöqsanları aradan qaldırılması üçün hər bir sistemin sahibinə təqdim edilmişdir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.