5
29 oktyabr tarixində Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda müxtəlif mövzular ətrafında müzakirələrlə yanaşı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulan təkliflər də müzakirədən keçirilib. Müzakirələrə əsasən aşağıda qeyd olunan rüsumların məbləğində dəyişikliklərin edilməsi qərara alınıb.
- Soyadın, adın və ata adının dəyişdirilməsi – 10 manatdan 15 manata.
- Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi – 20 manatdan 40 manata.
- Vərəsəlik şəhadətnaməsinin verilməsi – 20 manatdan 25 manata
- Vətəndaşlıqdan imtina edilməsi – 110 manatdan 200 manata
- 18 yaşına çatmış vətəndaşlar üçün xarici pasport alınması və yaxud dəyişdiriməsi – 40 manatdan 60 manata.
- Nikahın qeydə alınması və pozulması – müvafiq olaraq 5 manatdan 10 manata və 15 manatdan 20 manata
- Dərman maddələrinin və vasitələrinin qeydiyyatı – 100 manatdan 150 manata
- Gigiyenik sertifikatın verilməsi – 15 manatdan 25 manata
- Zərgərlik məmulatlarının əyarlanması və damğalanması – təqribi 50% civarında artım
- Ovçuluq və balıqtutma icazəsi – 25 manat