Home » Dövlət Sosial Müdafiə Fondu beynəlxalq mükafata layiq görülüb

Dövlət Sosial Müdafiə Fondu beynəlxalq mükafata layiq görülüb

by bbnadm
0 comment 0 views 1 minutes read

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Böyük Britaniyada keçirilən “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görülüb.

Mükafat Fondun İdarə Heyətinin sədri Himalay Məmişova təqdim edilib.

“2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” mükafatını qazanmaq məqsədilə müsabiqədə Azərbaycanla yanaşı, İtaliya, Almaniya, İsrail, BƏƏ, Yunanıstan və digər ölkələrin dövlət qurumları da iştirak edib.

DSMF tərəfindən müsabiqəyə təqdim edilən iş Azərbaycanda sosial təminat idarəçilyinin mərkəzləşdirilməsi sahəsində son illər aparılan islahatlarla bağlı olub. 

Münsiflər heyəti tərəfindən ölkəmizin bu sahədə islahat təcrübəsi yüksək dəyərləndirilib və DSMF müsabiqənin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” mükafatına layiq görülüb.

Müsabiqənin yekunlarına əsasən bir neçə kateqoriya üzrə mükafatlandırma da həyata keçirilib. Həmçinin  “İlin xidmətləri” nominasiyası üzrə “2022-ci ilin Yanğınsöndürmə və Xilasetmə Xidməti”, “2022-ci ilin Polis Xidməti”, “2022-ci ilin Bələdiyyəsi” və “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatları təqdim edilib.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.