Home » Dövlət Sosial Müdafiə Fondu Malayziyada üç beynəlxalq mükafata layiq görüldü

Dövlət Sosial Müdafiə Fondu Malayziyada üç beynəlxalq mükafata layiq görüldü

by anar
0 comments 1 views 1 minutes read

Fond “Malaysian Technology Expo 2024” adlı beynəlxalq sərgidə də iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Malayziyada təşkil edilən beynəlxalq müsabiqədə iki layihə ilə iştirak edib.

“International Professional Trade Exhibition&Meeting Planner” beynəlxalq qurumunun keçirdiyi müsabiqədə münsiflər heyətinin qərarı ilə DSMF “Asiya regionu üzrə dövlət xidmətləri innovasiyaları – 2024” və “Beynəlxalq innovasiyalar üzrə mükafat” kateqoriyaları üzrə qalib seçilərək iki beynəlxalq mükafata layiq görülüb.

Həmçinin DSMF daha bir ali mükafata – Tailand Krallığının Milli Tədqiqat Şurası tərəfindən təltif olunan Qızıl Mükafata da layiq görülüb.

Hər üç mükafat “Malaysian Technology Expo 2024” beynəlxalq sərgisinin təltifetmə mərasimində təqdim olunub.

DSMF-nin nümayəndə heyəti həmin sərgidə də iştirak edib. Fondun sərgidə yer alan xüsusi pavilyonunda onun fəaliyyətinə dair materiallar və son dövrdə qazandığı nailiyyətlər nümayiş etdirilib.

Sərgidə Azərbaycanla yanaşı, Malayziya, Xorvatiya, Misir, Çin, İndoneziya, İran və digər ölkələrin dövlət qurumları və özəl şirkətləri də iştirak edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.