
Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə 3 milyard manatdan çox vəsait daxil olub.
Qurumun məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % az olsa da, proqnozu 2,7 % üstələyib.
Hesabat dövründə vergi daxilolmalarının 2 milyard 286,5 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə illik müqayisədə 8,2 % çoxdur və proqnozdan 3,1 % artıqdır.
Xatırladaq ki, 2026-cı il üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qarşısında dövlət büdcəsinə ümumilikdə 16,91 milyard manat vəsait köçürmək öhdəliyi qoyulub.




