Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 11 milyard 474,1 milyon manat vergi daxil olub.
Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, hesabat dövründə büdcəyə daxil olan vergi vəsaitləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 %, proqnozla müqayisədə isə 8 % çox olub.
Yeddi ay ərzində vergi daxilolmalarının 8 milyard 488,8 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 %, proqnozla müqayisədə isə 3,1 % artım deməkdir.
Qeyd edək ki, 2026-cı il üzrə Dövlət Vergi Xidmətinin dövlət büdcəsinə köçürməli olduğu vəsaitin həcmi 16,91 milyard manat nəzərdə tutulub.