Home » Dövlət Vergi Xidmətində iqtisadçı-ekspertlərlə görüş keçirilib – Foto

Dövlət Vergi Xidmətində iqtisadçı-ekspertlərlə görüş keçirilib – Foto

by anar
0 comments 2 views 1 minutes read

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli iqtisadçı-ekspertlərlə görüş keçirib.

BBN.az xəbər verir ki, tədbirdə vergi qanunvericiliyində edilmiş son dəyişikliklər, vergi siyasətinin qarşısında duran əsas məsələlər, vergi inzibatçılığı sahəsində aktual mövzular müzakirə edilib.

DVX rəisi aparılan islahatların, vergi siyasətində ortamüddətli dövrdə əsas istiqamətlər barədə məlumat verib. DVX-nin vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə ekspertləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. İştirakçılar tərəfindən səsləndirilən təkliflər qeydə alınıb.

Belə görüşlərin mütəmadi qaydada keçirilməsi, xüsusilə vergi qanunvericiliyində dəyişikliklər hazırlanarkən ekspert cəmiyyətinin prosesə daha aktiv cəlb olunması məqbul hesab edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.