Hörmətli vergi ödəyiciləri!
Vergi ödəyicilərinə göndərilən məktubların aydın, başa düşülən və oxunaqlı olması, vergi ödəyicilərinin ehtiyac və tələbatlarına uyğunluğu ilə bağlı Dövlət Vergi Xidmətində istifadəçi təcrübəsinin öyrənilməsi (tədqiqatı) həyata keçiriləcək.
Yuxarıda qeyd olunan layihədə iştirak etmək istədiyiniz halda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-1), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində elektron kabinetiniz (http://www.e-taxes.gov.az), rəsmi internet saytı (www.taxes.gov.az), poçt və xidmət mərkəzləri vasitəsi ilə Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur.