Home » Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə təbii inhisar subyektlərinin nümayəndələri üçün təlim keçirilib

Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə təbii inhisar subyektlərinin nümayəndələri üçün təlim keçirilib

by anar
0 comment 2 views 1 minutes read

Təbii inhisar subyektlərinə dövlət nəzarəti və onların tənzimlənməsi ilə bağlı Rəqabət Məcəlləsində nəzərdə tutulan müddəalar diqqətə çatdırılıb, istehlakçıların təbii inhisar subyektləri ilə münasibətdə Məcəllədə təsbit edilmiş tələblərdən irəli gələn hüquqlarının müdafiəsi məsələləri müzakirə edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən telekommunikasiya sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin iştirakı ilə “Təbii inhisar subyektlərinin göstərdikləri xidmətlər üzrə Rəqabət Məcəlləsi ilə təsbit edilmiş çərçivədə istehlakçı (müştəri) hüquqları” mövzusunda maarifləndirici təlim keçirilib.

30-yaxın təsərrüfat subyekti nümayəndələrinin qatıldığı tədbirdə Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı “Rəqabət Məcəlləsi: tənzimləmə metodları və müasir yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. Təbii inhisar sahəsində dövlət tənzimlənməsi, məhsulların istehsalı (satışı) zamanı təsərrüfat subyektlərinə və istehlakçılara münasibətdə təbii inhisar subyektlərinə qoyulan tələblər və qadağan olunan hərəkətlərlə bağlı Məcəllədə təsbit olunan müddəalar diqqətə çatdırılıb.

Bundan əlavə, iştirakçılara təbii inhisar sahəsində rəqabət siyasətinin prinsipləri, rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti və bu sahədə tətbiq edilən tənzimləmə üsulları barədə ətraflı məlumat verilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.