Home » Dövlət Xidmətindən saxta “WhatsApp” tətbiqləri ilə bağlı yenidən – Xəbərdarlıq

Dövlət Xidmətindən saxta “WhatsApp” tətbiqləri ilə bağlı yenidən – Xəbərdarlıq

by anar
0 comment 5 views 1 minutes read

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saxta “WhatsApp” tətbiqlərinin yaratdığı təhlükə barədə vətəndaşlara yenidən xəbərdarlıq edib.

BBN.az Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, saxta “Pink WhatsApp”, “WhatsApp+” kimi rəsmi vendor tərəfindən təqdim edilməyən tətbiqlər orijinal tətbiqdən fərqlənmək və cəlbedicilik üçün bir sıra əlavə funksionallıqlar təklif etməklə insanların marağına səbəb olur. “Qarşı tərəfin sildiyi statusları və mesajları yadda saxlama, oxunmuş mesajların gizlədilməsi, onlayn olmanın izlənilməsi kimi əlavə funksionallıqlar təklif edən belə saxta tətbiqlər əslində istifadəçilərini yoluxduraraq onların məlumatlarını oğurlamaq, bəzən isə həmin tətbiqlər quraşdırılmış mobil telefonların emal gücündən istifadə edilməsi ilə “mining” və ya “proxy” kimi istifadə edilmək məqsədilə yaradılır.

Təəssüflə bildirmək lazımdır ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin 2021-ci il aprelin 21-də (https://t.me/certgovaz/12) etdiyi xəbərdarlığa baxmayaraq, saxta “Whatsapp” tətbiqlərinin istifadəsi vətəndaşlar arasında artmaqda davam edir. Bunu “Kaspersky Laboratoriya”sının 2023-cü il üçün təqdim etdiyi araşdırmadan da aydın görmək olur. Belə ki, təqdim edilən araşdırmada Azərbaycan vətəndaşlarının saxta “WhatsApp” tətbiqi yükləyənlərin sayına görə 45,64 faizi ilə regionda ilk yerdə olması vətəndaşlar üçün kibergigiyena kimi maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ciddi ehtiyac olduğundan xəbər verir”, – deyə məlumatda qeyd olunur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.