Home » Dövlət Xidmətinin nümayəndələri Türkiyəyə səfər edib

Dövlət Xidmətinin nümayəndələri Türkiyəyə səfər edib

by anar
0 comment 0 views 1 minutes read

Səfər çərçivəsində Türkiyənin keyfiyyət infrastrukturu sahəsində aparıcı qurumları ilə görüşlər keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri Türkiyənin Ankara şəhərində səfərdə olub.

Səfər çərçivəsində baş tutan görüşlərdə yaxın gələcəkdə Azərbaycanda Türkiyə modelinə uyğun olaraq texniki tənzimləmə sisteminin qurulmasına dəstəyin göstərilməsi üçün birgə layihələrin hazırlanması, bu sahədə əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Belə ki, Türk Akkreditasiya Təşkilatının (TÜRKAK) nümayəndələri ilə keçirilən görüşdə Azərbaycanda akkreditasiya sisteminin müasir standartlara uyğunlaşdırılması, uyğunluğu qiymətləndirən qurumlara dair tələblərin formalaşdırılması və səlahiyyətlərin verilməsi məsələləri müzakirə edilib.

Türkiyə Standartlaşdırma İnstitutunun nümayəndələri ilə görüşdə isə texniki reqlamentdən irəli gələn istinad standartların tətbiqi ilə bağlı əməkdaşlıq layihələri nəzərdən keçirilib, qarşılıqlı təcrübə mübadiləsi, qurumlar arasında texniki dəstək məsələləri müzakirə edilib.

Bundan əlavə, Dövlət Xidmətinin nümayəndələri keyfiyyət infrastrukturu sahəsində qardaş ölkənin qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədilə Türkiyənin Ticarət Nazirliyinin aidiyyəti qurumları tərəfindən keçirilən seminarlarda iştirak edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.